Qazaxıstanın birinci Prezidenti-elbası Nursultan Nazarbayev iqtidardakı “Nur Otan” partiyası sədrinin səlahiyyətlərinin Prezident Kasım-Jomart Tokayevə verilməsi barədə qərar qəbul edib.
Nazarbayev istefa verdi
Bu barədə Nursultan Nazarbayevin mətbuat katibi Aydos Ukibay bildirib.
“Partiyanın siyasi şurasının genişləndirilmiş iclasında Nursultan Nazarbayev “Nur Otan” partiyası sədrinin səlahiyyətlərini Kasım-Jomart Tokayevə ötürmək qərarına gəlib. Səlahiyyətlərin ötürülməsi proseduru partiyanın nizamnaməsinə uyğun şəkildə həyata keçiriləcək”, - A. Ukibay vurğulayıb.