Milli Məclisdə “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Pravda.az-ın məlumatına görə, layihəyə əsasən, İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirlərinin 180 375 536,0 manat, xərclərinin 180 375 536,0 manat məbləğində təsdiq edilməsi təklif edilir.

Qanun layihəsi deputatların müzakirəsindən sonra ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.