Milli Məclisin bu gün keçirilən iclasında Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi müzakirə edilir.
Pravda.az-ın məlumatına görə, “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” (ikinci oxunuş) qanun layihəsi iclasın gündəliyinə daxil edilib.
Layihəyə əsasən, Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin gəlirlərinin 5 306 770 072,0 manat, xərclərinin 5 306 770 072,0 manat məbləğində təsdiq edilməsi təklif olunur.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Parlamentdə DSMF-nin 2022-ci il büdcəsi ikinci oxunuşda qəbul edildi