BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bu, Türkiyəni yeni iqtisadi böhrana sürükləyir...”

“Türkiyə məzənnə hesabına tədiyə balansını nizama salıb. 2020-ci ilin yanvar-sentyabr ayları ilə 2021-ci ilin müvafiq dövrünü müqayisə etsək görərik ki, cari hesablar balansının kəsirini 28,3 milyard dollardan 11,8 milyard dollara salıb. Buna mal və xidmətlərin ixracının artırması hesabına nail olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə mal ixracını 58,5%, xidmət ixracını 60,5% artırmağa müvəffəq olub. Bu müddətdə idxal da (uyğun olaraq 22,7% və 34,4%) artıb. Türkiyənin maliyyə hesabında da vəziyyət yaxşılaşıb. Birbaşa, portfel və digər investisyaların əhəmiyyətli artması hesabına maliyyə hesabınakı 6,5 milyard dollarlıq kəsir 31 milyard dollarlıq profisitlə əvəz olunub.   Nəticədə tədiyə balansında müsbət saldo yaranıb. Ötən ilin 9 ayında valyuta ehtiyatı 42,6 milyard dollar əridiyi halda bu ilin müvafiq dövründə 32,6 milyard dollar artıb. Görünür, Türkiyə hökumətini hazırki addımı atmağa həvəsləndirən də bu göstəricilərdir. Yəni ixracı stimullaşdırmaq və valyuta ehtiyatlarını qorumaq. Ancaq bu addım qısamüddətli effekt verə bilər və orta-uzun müddətli dönəm üçün fəsadlar yarada bilər və yaradır da. Makroiqtisadi sabitliyin olmaması, xüsusilə də yüksək inflyasiya əhalinin sosial vəziyyətini pisləşdirməklə yanaşı biznes üçün də problemlər yaradır. Nəzərə almaq lazımdır ki, Türkiyənin tekstil sənayesinin xammal idxalından asılılığı var”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Samir Əliyev bildirib.

 

S.Əliyev qeyd edib ki, ucuz lirə həm də xammalı bahalaşdırır: “Deməli, ixraca da artım təsiri göstərir. Əgər ölkədə inflyasiya səviyyəsi milli valyutanın ucuzlaşma səviyyəsinə yaxındırsa və ya yüksəkdirsə, bu halda milli vayutanın real effektiv məzənnəsinin aşağı düşmə səviyyəsi zəifləyir və ixracın rəqabət qabiliyyəti aşağı düşür. Bank sektorunun dollarlaşması isə gələcəkdə makroiqtisadi sabitliyi sarsıdır. Pandemiya dövründə qlobal bahalaşma fonunda qiymət artımının minimuma endirilməsi əvəzinə artıma dəstək tədbirlərinin görülməsi Türkiyəni yeni iqtisadi böhrana sürükləyir”.

Tarix: 23 Noyabr 2021, 21:16   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin