BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

"AKP hökuməti zaman və populizm tələsinə düşüb"

“Son 1 ayda Erdoğan Türkiyə MB-nın müstəqilliyini tam ləğv etdi, faizləri aşağı salmağı əmr etdi, növbəti dəfə bazara əlavə lirə buraxdı, indi minimum əmək haqqını artırır, daha çox populist qərarlar almağa yönəlir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

 

“Səbəbi də odur ki, AKP hökuməti zaman və populizm tələsinə düşüb: Cəmi 1,6 ildən sonra seçkilərdir, indi populist, iqtisadiyyat elminə zidd addımlar atır ki, seçicilərini tam itirməsin - belə addımlar atanda da inflyasiya yüksəlir, dollar bahalaşır, beləliklə, "qısır döngə", və ya "dalan" effekti yaranır. İndiki durumda həll yolu ağrılıdır və zaman tələb edir, çünki populizm zaman itkisinə səbəb oldu. İndiki durumda həll yolu üçün MB uçot dərəcəsini birdən-birə 5-6% artırmalıdır,  bu zaman kreditlər çox bahalaşacaq, iş adamları kredit götürüb iş qurmayacaq, iş yerləri azalacaq, bəzi şirkətlər bankrot olacaq, daxildə istehlak azalacaq, deməli ticarət dövriyyəsi zəifləyəcək, bu isə yenə işsizlik, gəlirlərin azalması deməkdir - bu modellə də seçkini udmaq mümkün deyil. Amma bu acı "resept" bir neçə ilə iqtisadiyyatı sağlamlaşdıracaq, daha sağlam təməllər yaracaq, "çürük almalar" yox olaraq digər "almaları" da çürütməyəcək. Qardaş Türkiyədə baş verənlər populuzmin, iqtisadi qərarların elmi deyil də, hissi verilməsinin nə qədər ağrılı olduğunu bir daha göstərir. Odur ki, bu hamımıza dərs olsun, bizdə də populizm mərəzinə tutulanların boğazdan yuxarı, elmi olmayan çıxışlar artır, arqumentsiz, içiboş, hesab-kitaba söykənməyən söhbətlər göylərdə uçuşur. Bizdə iqtidar yalançı, hökumətin bəzi opponentləri isə içiboş populistdir - zərbə isə sonda həmişə xalqa dəyir...” – N.Cəfərli qeyd edib.

Tarix: 23 Noyabr 2021, 23:04   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin