BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Lirə dəyər itirir, manat da ucuzlaşa bilərmi? – “Milli valyutanın məzənnəsi inzibati yolla müəyyən edilir…”

"Türkiyədə lirənin dəyərini itirməsinin həm daxili, həm də xarici səbəbləri var. Xarici səbəbləri məlumdur, bir sıra qüvvələr təsir göstərir. Daxili səbəblərə isə Mərkəzi Bankın uçot dərəcəsini endirməsi aiddir ki, bu, inflyasiya və devalvasiyaya səbəb olur. Lakin bunun ölkə üçün faciəvi olduğunu hesab etmirəm. Ümumiyyətlə, devalvasiyanın müəyyən ölkələrdə faciə kimi qəbul edilməsi başadüşülən deyil".

 

Bunu Pravda.az-a açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov deyib.

 

 

Ə.Həsənov bildirib ki, ölkədə dollarlaşma yüksək deyilsə, yəni dollar kreditlərinin sayı çox deyilsə, devalvasiya xüsusi problem törətməz: "Əksinə, belə olanda halda, türk mallarının xaricə ixracı artacaq. Misal üçün, Çin kimi bəzi ölkələr bilərəkdən yerli valyutanın bahalaşmasına imkan vermirlər ki, iqtisadiyyatda aktivləşmə olsun. Odur ki, Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Türkiyə Mərkəzi Bankı da uçot dərəcəsini azaldır. Zaman-zaman bir sıra dövlətlər bu üsuldan istifadə edirlər".

 

İqtisadçı qeyd edib ki, devalvasiya yalnız Azərbaycan kimi ölkələrdə faciəvi xarakter alır: "Bizdə sağlam bazar iqtisadiyyatı yoxdur. Türkiyədə isə, əlbəttə ki, var. Azərbaycanda milli valyutanın məzənnəsi inzibati yolla müəyyən edilir, amma Türkiyədə belə deyil. Ümumiyyətlə, qonşu ölkədə Azərbaycanla müqayisədə sağlam rəqabət daha güclüdür. İstənilən halda, hazırda Azərbaycanda devalvasiya gözlənilmir. Bizim ölkədə milli valyutanın sabitliyi neftin qiymətindən asılıdır".

 

Nəzrin Cavid

Tarix: 24 Noyabr 2021, 14:36   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin