Azərbaycanın sabiq Baş naziri Novruz Məmmədovun oğlu polis sistemindən təqaüdə göndərilib.
Pravda.az xəbər verir ki, əvvəl Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəisi olan polis polkovnik-leytenantı İsmayıl Məmmədov 2019-cu ildə bu postdan uzaqlaşdırılıb.
Bunun ardınca Daxili İşlər Nazirliyində Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyatçısı kimi xidmətini davam etdirib.