BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəşid Mahmudov: “Xaricdə pensiya yaşı çatanda hamı sevinir”

“Azərbaycanda pensiya yaşı mütləq şəkildə azaldılmalıdır, çünki əhalinin böyük əksəriyyəti həmin yaşa qədər yaşaya bilmirlər. Hesab edirəm ki, pensiya yaşı qadınlar üçün 55, kişilər üçün 60 yaş müəyyən edilməlidir. Qeyd olunan yaşlarda kişilərin və qadınların əmək fəaliyyətindən uzaqlaşdırılması onların psixologiyasına mənfi təsir göstərməz”.

 

Bunu Pravda.az-a açıqlamasında tibb elmləri namizədi Rəşid Mahmudov deyib

 

O bildirib ki, Yaponiyada vətəndaşlar 50 yaşlarında təqaüdə çıxırlar və aldıqları aylıq ödənişlərlə bütün dünyanı gəzirlər: “Xaricdə pensiya yaşı çatanda hamı sevinir. Yəni, burada problemli məqam yaşla bağlı deyil. Təbii ki, əgər pensiya yaşı azaldılarsa, aylıq ödənilən vəsaitin məbləği də artırılmalıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda orta yaş 59-dur. Bu, mənzərəni tam ayınlaşdırır. Sual yaranır ki, vətəndaş, tutaq ki, 64 yaşında həyatdan köçəndə o vaxta kimi fonda köçürdüyü pullar hara gedir?! Yəni, onsuz da adətən həmin pullardan istifadə olunmur. Ona görə, pensiya yaşı azaldılmalıdır”.

 

Nəzrin Cavid

Tarix: 25 Noyabr 2021, 12:54   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin