Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Əməkhaqqı artdı

1 552
Paylaş:
Əməkhaqqı artdı

Naxçıvan Muxtar Respublikasın banklarında 1 noyabr 2021-ci il tarixə açılmış bank hesablarının sayı 181 891-ə çatıb ki, bunun da 170 244-ü və ya 93,6 faizi aktiv hesablardır.

Pravda.az-ın xəbərinə görə, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi məlumat yayıb.

2021-ci ilin yanvar-oktyabr aylarında açılmış 37 812 bank hesabının 37 772-si aktiv hesablar olub. Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 noyabr 2021-ci il tarixə 1 501-ə çatdırılıb.

2021-ci ilin yanvar-sentyabr aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqı 545,3 manata çatdırılıb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz çoxdur.

Paylaş:

Ən son xəbərlər