BURADA REKLAMINIZ OLA
BİLƏR

Ləman Ələşrəfqızı: "Saxtalaşdırma fiti çalınanda..." - FOTO

Jurnalist, namizədliyini 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən irəli sürən Ləman Ələşrəfqızı səsvermə günü gördüklərini yazıb.

Pravda.az-ın xəbərinə görə, L.Ələşrəfqızı bildirib ki, hər məntəqədə seçki bülletenlərinin kənarının öncədən kəsildiyini müşahidə edib.
 
"Bu "başı kəsik gözəl kötük"ləri demək olar ki, hər məntəqədə müşahidə edirdik. Soruşanda ki, bunları niyə kəsibsiz? Cavab: seçicilər gələndə hazır olsun deyə. Axı kəsmək olmaz ay anam, ay bacım desək də nə xeyri? Sən demə, hazır kəsib qoyurlar, arada da boşluq olan kimi 70 yaşlı növrəstənin xeyrinə doldurub yığırlar. Axşam saxtalaşdırma fiti çalınanda getdi eeee qutuya" - L.Ələşrəfqızı qeyd edib.

Fotoları təqdim edirik
Tarix: 12 Fevral 2020, 23:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin