BURADA REKLAMINIZ OLA
BİLƏR

Hadi Rəcəblinin seçki dairəsinin nəticələri ləğv edilib? - AÇIQLAMA

74 saylı Lənkəran kənd seçki dairəsinin nəticələri ləğv edilməyib.

 

Dairə seçki komissiyasından Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, mətbuatda bununla bağlı yazılanlar həqiqətəuyğun deyil.

 

“Səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərarı Mərkəzi Seçki Komissiyası verir. MSK-nın da bu barədə qərarı yoxdur” – qeyd olunub.

 

Qeyd: bu ilin fevralın 9-da keçirilən növbədənkənar seçkilərlə əlaqədar səsvermənin nəticələrinə əsasən, həmin seçki dairəsinin lider namizədi Hadi Rəcəblidir.

Tarix: 13 Fevral 2020, 11:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin