5 milyondan çox insanın ölümünə səbəb olan COVID-19-la mübarizə bütün sürətiylə davam etdiyi bir vaxtda daha yeni bir mutasiya dünyanı təşvişə salıb.
Ümumdünya Səhiyyə Təşkilatı Cənubi Afrikada yayılan və B.1.1.529 adlandırılan yeni mutasiyanın adını "Omikron" adlandırdığını açıqlayıb. Bu mutasiyanın digər variantlardan daha yoluxucu olduğunu bildirən ÜST açıqlamasında "Mutasiyada qorxulu olan çox sayda mutasiya var. İlkin tapıntılar göstərir ki, yeni mutasiyanın yoluxuculuq riski daha yüksəkdir" bildirib.
Bu açıqlamalardan sonra "Omikron"un yeni bir pandemiyaya səbəb olub-olmayacağı narahatlıq doğurur. Bir çox ölkə variantın aşkarlandığı bölgələrə səyahət qadağası tətbiq etsə də, İsrail sərhədlərini bağlayan ilk ölkə olub.
Bütün bu hadisələr Bill Qeytsin ötən aylarda verdiyi proqnozu bir daha gündəmə gətirib. Qeyts "The Wall Street Journal"a verdiyi açıqlamada "növbəti pandemiyaya hazır olmalıyıq" proqnozunu vermişdi: "Pandemiya hazırlıqlarının gözlədiyimdən aşağı olmasından bir az narahatam. Dünyanın növbəti pandemiyaya hazır olması üçün 100 gün ərzində peyvənd istehsal etmək və 100 gün ərzində milyonlarla insana təqdim etmək potensialına malik olmalıyıq. Bizim bu gücə malik fabriklər tikmək imkanımız var. Ancaq hələ də lazımi addımlar atılmır".