Azərbaycanın "quş qripi" və yeni koronavirus xəstəliyindən qorunması məqsədi ilə aparılan mübarizə tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Yüksək patogenli "quş qripi" və koronavirus üzrə yüksək riskli məhsulların siyahısı” hazırlanıb.
Pravda.az-ın xəbərinə görə, bunu Agentliyin sədri Qoşqar Təhməzli deyib.
Yüksək patogenli "quş qripi" və koronavirus üzrə yüksək riskli məhsulların siyahısı aşağıdakı kimidir:
Yüksək patogenli "quş qripi" üzrə:
- Müxtəlif növlərə aid diri quşlar (bir günlük cücə, damazlıq, ətlik, yumurtalıq quşlar və s.)
- Zoopark quşları, vəhşi və ov quşları
- İnkubasiya yumurtası
- Süfrə yumurtası və yumurta məhsulları
- Quş sperması
- Quş əti (soyudulmuş, dondurulmuş və s.)
- Quş əti məhsulları