İctimai Televiziyada yayımlanan “3D” verilişinin budəfəki qonağı seçki dairəsi üzrə lider namizəd Razi Nurullayev olub.
Pravda.az-ın xəbərinə görə, veriliş boyu bir sıra maraqlı məqamlar yaşanıb. Belə ki, efirə gələn depuatlığa namizəd Əziz Əliyev seçkilərdə qalib gəldiyini və deputat seçildiyini deyərək, katibə Lyubaya hədiyyə gətirib. Lyuba da hədiyyəni ən görünən yerə qoyulmasını xahiş edib. Bu zaman Əzizin köməkçisi hədiyyəni kameranın önünə qoyub. Onun belə hərəkəti 9 fevral tarixində ölkədə keçirilən növbədənkənar parlament seçkilərində baş verən seçki saxtakarlığını xatırladıb. Belə ki, bəzi məntəqələrdə seçki dairələrinə qoyulan müşahidə kameralarının üzəri müxtəlif vasitələrlə örtülmüşdü.