BURADA REKLAMINIZ OLA
BİLƏR

“35 saylı Xətai üçüncü seçki dairəsinin nəticələri ləğv edilsin” – Rauf Arifoğlundan SENSASİON MÜRACİƏT

"Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu qalib olduğu 35 saylı Xətai üçüncü seçki dairəsində nəticələrin ləğv olunması üçün MSK-ya müraciət edib.

 

Pravda.az-ın xəbərinə görə, R.Arifoğlu yazıb:

"MSK 35-ci dairədə nəticələri ləğv etsin, bir daha yarışaq. Sosial şəbəkədə fırtına yaradırlar! Bütün seçki boyu saxtakarlıqlara əl atanlar bizi saxta yolla seçilməkdə suçlayırlar! İnsanları manipulyasiya edirlər! Təmiz, halal bir qələbə qazanmışam! 5000 fərqlə özündən razı rəqibimi qutuda qoymuşam! Qane olmurmu? Qəbul etmirmi? Hadi, mən də razıyam! Bir daha yarışaq! Heç nə dəyişməyəcək! Yenə udacam!”.

 

Qeyd: Onun rəqibi Ümid partiyasının sədri İqbal Ağazadə olub.

Tarix: 13 Fevral 2020, 14:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin