"Hər bir ölkədə, eləcə də Azərbaycanda işsizlik problemləri var və hesab edirəm ki, müəyyən problemlər həmişə də olacaq. Ümumiyyətlə, bir ölkənin bütün əhalisini işlə təmin etmək mümkün deyil, bunun müəyyən səbəbləri var. Sözsüz ki, Azərbaycanda işsizliyin səviyyəsini 1990-2000-ci illərin əvvəlləri ilə müqayisə etmək olmaz. Əlbəttə ki, ölkədə işsizlik həddinin 6 faizə endirilməsi real göstəricidir. Müəyyən şəxslərin işlə təmin olunmaması kütləvi işsizlik demək deyil və bu, indiyə qədər görülən işlərin üzərindən xətt çəkə bilməz. Ölkədə işsizlik problemi dövlətdən yox, cəmiyyətin özündən asılıdır".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.