Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

İnformasiya təhlükəsizliyimiz hansı vəziyyətdədir?

1 362
Paylaş:
İnformasiya təhlükəsizliyimiz hansı vəziyyətdədir?

30 noyabr - Beynəlxalq İnformasiya Təhlükəsizliyi günüdür.

Bu sahədə vəziyyət necədir ?

Qısa olaraq aşağıdakıları bildirmək istərdim.

Son illərdə Azərbaycanda bu istiqamətdə müəyyən addımlar atılıb.

Prezident fərmanı ilə üç il öncə informasiya təhlükəsizliyinə cavabdeh qurumların Kordinasiya Komissiyası formalaıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəhbəri, general Mürsəl Vəliyev Komisssiyanın rəhbəri təyin edilib.

Son zamanlar bu Komissiyanın təhlükəsizlik problemləri ətrafında bir neçə əhəmiyyətli müzakirələri da keçirilib.

Müharibə zamanaı informasiya təhlükəsizliyi ilə bağlı müəyyən problemlər olsa da,  DTX və XRİT Dövlət Xdimətinin apardığı işlər təqdirəlayiq olub.

Son illərdə dövlət və qeyri-dövlət sektorunda informasiya təhlükəsizliyinə cavabdeh qurumlarda struktur dəyişiklikləri aparılıb.

RİNN yanında Elektron Təhlükəsizlik Xidmətinə yeni rəhbər təyin edilib.

Prezident “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” Fərman imzalayıb.

Bununla da İT auditi məcburi olan dövlət qurumları  müəyyən olunacaq.

Problemlər haqqında.

Düşünürəm ki , ölkəmizdə infomasiya təhlükəsizliyi sahəsində uzun müddətdən bəri həllini gözləyən  probelmlər də yetərincədir :

1.  Prezidentin fərmanı ilə üç il bundan öncə Kordinasiya Komissiyasının hazırlamalı olduğu  "İnformasiya təhlükəsizliyi və Kibertəhlükəsizlik üzrə Milli Strategiya" hələ də ortada yoxdur

2. Dövlət sektorunda təhlükəsizliyə cavabdeh olan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin az qala  iki il olar ki Əsasnaməsi təsdiqlənməyib

3. Dövlət qurumlarında Kaspersky Lab, TrendMicro və ya digər bir xarici qurumun təhlükəsizlik həllərinin tətbiqi məsələlərinə aydınlıq gətirilmədiyindən hansı dövlət qurumu hansını istəyirsə onu  da tətbiq edir

4. Kritik informasiya infrastrukturuna hansı dövlət qurumlarının informasiya resurslarının daxil ediləcəyi hələlik müəyyənləşməyib.

5. Müxtəlif kiberhücumlarla (SMS, email , zənglər və s. vasitəsilə  ) fərdi məlumatların, sosial media hesabların  oğurlanması ( Bank kartları məlumatları və s.) hallarının çoxalması bir daha onu göstərdi ki, kibertəhlükəsizliklə bağlı qurumlar arası kordinasiyada və vətəndaşların rəqəmsal  savadlılığının artırılmasında problemlər qalır.

Xüsusən də qeyri-dövlət sektorunda kibertəhlükəziliklə bağlı problemlərin həllinə diqqət artırılmalıdır.

6. Kibercinayətlərlə bağlı DİN və DTX arasında arasında səlahiyyət bölgüsü konkretləşməyib.

 7. DİN nəzdində Kibercinayətkarlığa Qarşı Mübarizə Baş idarəsi yaradılmayıb.( Əvvəllər belə idarə olub, sonradan, bildiyim qədər keçmiş MTN-nin təsiri ilə ləğv edilib)

8. Fərdi məlumatların qorunması haqqında qanunvericilik Avropa standartlarına uyğunlaşdırılmayıb

9. İnformasiya təhlükəsizliyi sahəsində kadrların hazırlanması və beynəlxalq təcrübənin öyrənliməsinə resurslar artırılmalıdır və s.

Yeri gəlmişkən, uzun müddət davam edən ictimai mübarizədən sonra ,"İnformasiya təhlükəsizliyi" ixtisasını seçənlərdən Kimya əvəzinə İnformatikadan imatahan götürüləcəyi ilə bağlı DİM-in yeni qərarını da (baxmayarq ki, bu iki il sonra baş tutacaq) sektorda uğur kimi nəzərə almaq olar.

Osman Gündüz

Paylaş:

Ən son xəbərlər