BURADA REKLAMINIZ OLA
BİLƏR

Müxalifət qərar verdi: Mitinq Bakının mərkəzində olmalıdır

Müsavat, ReAl partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər Bakı Şəhər İcra Hakimiyyətinin mitinqlə bağlı cavabını müzakirə edib.


Pravda.az-ın xəbərinə görə, bu barədə D18 hərəkatının sədri Ruslan İzzətli məlumat verib.


R.İzzətli bildirib ki, müxalifət Lökbatanda mitinq keçirməyəcək: "Lökbatana getmirik. Mitinq şəhərin mərkəzində , insanların rahat gələ biləcəyi yerdə olmalıdır".

 

Qeyd: Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər fevralın 16-sı seçki ilə bağlı Bakı şəhərində "28 May" metrostasiyasının qarşısındakı meydanda (Cəfər Cabbarlı heykəlinin qarşısı) mitinq keçirilməsi üçün BŞİH-ə müraciət etmişdi. BŞİH isə mitinqi keçirmək üçün onlara Lökbatan qəsəbəsi, 28 May küçəsi, "Neftçi" İdman Klubunun Qaradağ təlim idman bazasını ayırıb.


Tarix: 13 Fevral 2020, 15:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin