Dünən saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqo¬nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. 14 hərbi qulluqçu həlak olub.
Vahid Mustafayev: “Şəhidimiz olanda telekanalların efirlərindən konserti, şit verilişləri çıxarması doğrudanmı çətindir?”
Pravda.az xəbər verir ki, bununla bağlı status paylaşan ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev telekanalların əyləncəli verilişlər yayımlamasını tənqid edib:
“Şəhidimiz olanda telekanalların efirlərindən konserti, şit verilişləri çıxarması doğrudanmı çətindir? Doğrudanmı ANS-dən vaxtında heç bir şey öyrənmədiniz? WhatsApp-la mediaya nəzarət etmək sistemi növbəti dəfə özünü doğrultmadı. Ayıbdır, Vallah! 14 yüksək rütbəli zabitimiz Şəhid olub!!! Allah rəhmət etsin!”