Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Deputat “İntagram” səhifəsinin geri qaytarılmasına görə Vilayət Eyvazova təşəkkür etdi

1 719
Paylaş:
Deputat “İntagram” səhifəsinin geri qaytarılmasına görə Vilayət Eyvazova təşəkkür etdi

"Mənə məxsus olan “Hamzanagif” İnstaqram səhifəsi oğurlanmış və hesabın geri qaytarılması 2 həftə ərzində mümkün olmamışdı. Səhifənin bərpası üçün bu sahədə ixtisaslaşmış mütəxəssis və şirkətlər tərəfindən cəhdlər olsa da, təəsüflər olsun ki, cinayət törədən şəxslər peşəkar olduğu üçün hesabı geri qaytarmaq çətinləşmişdi. Müraciətim əsasında Daxili İşlər Nazirliyi bu məsələni araşdırdı və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İnstaqram hesabımı qısa müddət ərzində mənə geri qaytara bildi".

Bu barədə Pravda.az-a Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O, dəstək olanlara, xüsusilə daxili işlər naziri,  general-polkovnik Vilayat Eyvazova və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə, eyni zamanda bütün əməkdaşlara təşəkkürünü bildirib.

"Sevindirici haldır ki, dövlət qurumlarında peşəkar mütəxəssislər və kadrlar fəaliyyət göstərir. Onlar bu cür problemləri həll edə bilir və vətəndaşların təhlükəsizliyi və hüquqlarını qoruyurlar", - deyə N.Həmzəyev qeyd edib.

Nəzrin Cavid

Paylaş:

Ən son xəbərlər