Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Sabiq nazirin vəziyyəti kəskin ağırlaşdı

987
Paylaş:
Sabiq nazirin vəziyyəti kəskin ağırlaşdı

Sabiq Daxili İşlər naziri İsgəndər Həmidovun vəziyyəti kəskin ağırlaşıb.

Pravda.az-ın xəbərinə görə, bu barədə İ.həmidovun qardaşı oğlu Şəhriyar Məcidzadə məlumat verib.

Professor Adil Qeybulla da İsgəndər Həmidovun vəziyyətinin kritik durumda olduğunu bildirib.

Onun sözlərinə görə bir neçə gün öncə Türkiyədən gəlmiş neyrocərrah, professor Kadir Tafta İ.Həmidovu konsultasiya edib: “Baş beynin tomoqrafiyası müayinəsi zamanı işemik prosesin artıq beynin hər iki yarımkürəsini əhatə etməsi müəyyən edildi. Cərrahi əməliyyat və ya onun xaricə aparılması variantları məqsədəuyğun sayılmadı. Aparılan müalicə sxeminə müəyyən korrektələr edildi. Hal-hazırda hemodinamikası dərman preparatları hesabına dəstəkdədir, qeyri-stabildir. Mütəmadi tənəffüs pozuntuları qeyd edilir. Bir sözlə, həkimlər onun həyatı ilə çarpışırlar”.

Qeyd edək ki, bu ilin 24 yanvarında, təxminən, saat 17.00 radələrində bayır gəzintisi zamanı İ.Həmidovun halı qəflətən pisləşib və huşunu itirərək yıxılıb. Aparılan sonrakı müayinələr (Baş beynin MRT-si, Baş beyin, döş qəfəsi, qarın və çanaq boşluğu orqanlarının kompüter tomoqrafiyası) nəticəsində xəstədə beyində qanama, işemik insult, ikitərəfli virus pnevmoniyası, kreatinin yüksəlməsi müəyyən edilib.

Paylaş:

Ən son xəbərlər