Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Soyadını və ya adını dəyişdirmək istəyənlərin nəzərinə

1 201
Paylaş:
Soyadını və ya adını dəyişdirmək istəyənlərin nəzərinə

Soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün tətbiq edilən dövlət rüsumu dəyişir.

Pravda.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, dövlət rüsumu 10 manatdan 15 manata qaldırılıb.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Paylaş:

Ən son xəbərlər