BURADA REKLAMINIZ OLA
BİLƏR

Xəstəxanalarda tibbi xidmətlərə görə 500 manatdan artıq ödənişlər nağdsız qaydada həyata keçiriləcək

Tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq ödənişlər yalnız nağdsız qaydada həyata keçirilə biləcək.

 

Pravda.az-ın məlumatına görə. bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Nağdsız hesablaşmalar haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Layihə üçüncü oxunuşda qəbul edilib.

Tarix: 3 Dekabr 2021, 13:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin