Vətəninfo.az saytının baş redaktoru Nahid Canbaxışlı nəticəsi ləğv edilən dairədən namizədliyini irəli sürüb.
Pravda.az-ın xəbərinə görə, bu barədə N.Canbaxışlı özü məlumat verib.
Vətəninfo.az saytının baş redaktoru Nahid Canbaxışlı nəticəsi ləğv edilən dairədən namizədliyini irəli sürüb.
Pravda.az-ın xəbərinə görə, bu barədə N.Canbaxışlı özü məlumat verib.
“Əziz 33 saylı Xətai birinci seçki dairəsi ərazisində yaşayan dostlar, qardaşlar, analar-atalar, dəyərli böyüklər. Qərara gəldim ki, 33 saylı Xətai birinci seçki dairəsindən namizədliyimi irəli sürüm. Sizlərdən böyük dəstək gözləyirəm”- N.Canbaxışlı bildirib.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası bu gün keçirdiyi iclasda həmin dairənin nəticələrini ləğv edib. Fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 33 saylı Xətai birinci seçki dairəsindən lider namizəd Hüseynbala Mirələmov idi.