BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağdamda xüsusi təhsil kvartalı yaradılacaq

"Ağdamda xüsusi təhsil kvartalının yaradılması nəzərdə tutulur. Həmin kvartalda Qarabağ Universitetinin təməli qoyulacaq".

 

Pravda.az-ın məlumatına görə, bunu UNEC İqtisadi Forumunda "Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya" mövzusunda keçirilən paneldə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib.

 

Onun sözlərinə görə, universitetin konsepsiyası üzərində işlənilməlidir: "Qarabağın təhsil mərkəzinə çevrilməsi gündəmdə olan məsələdir. Eyni zamanda, Qarabağ elmi potensialından istifadə edilməsi böyük uzun yoldur. Burada dayanıqlı məskunlaşma insanların bilik və bacarıqlarının inkişafı deməkdir. Çünki oraya köçən və məskunlaşan insanların adaptasiya prosesində onların bacarıqlarının inkişaf etdirilməsi, formalaşdırılması nəzərdə tutulur".

Tarix: 3 Dekabr 2021, 16:08   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin