Bayram Nurlunun pulu ilə Həcc ziyarətinə gedən insanlar Marina Vasileyanı niyə qəbul etmir? Yaxud... Bu ölkədə Bayram Nurlu ilə şəkil çəkdirən, ondan aylıq çörək pulu alan kişilərin sayı M.Vasileyaya etiraz edənlərin sayından min dəfə çoxdur.
Samiraldo ilə foto çəkdirmək üçün böyük bir izdiham yaradan insanları M.Vasileya kimi bir peşəkarın nazir müavini təyin olunması niyə bu qədər qıcıqlandırır?
Azad Rəhimovun vəfatından sonra Gənclər və İdman Nazirliyinin fəaliyyətində yaranan durğunluq ölkə ictimaiyyətinin diqqətindən qaçmamışdı. Əgər A.Rəhimov sağ olsaydı, nazirliyin indiki fəaliyyəti hansı vəziyyətdə olacaqdı? Açığı, bununla bağlı ehtimallar da irəli sürə bilmərik. Ancaq mövcud situasiya ortada idi. Onun ölümündən sonra Gənclər və İdman Nazirliyində islahatların aparılması, ictimai reputasiyası zədələnməyən, islahatçı şəxsin nazir vəzifəsinə təyin olunması, kreslosu “betonlaşan” məmurların işdən çıxarılması, ənənəvi və yenilikçi addımlara mane olan halların aradan qaldırılması zərurətə çevrilmişdi. Belə də oldu...
Azərbaycanda müasir, çevik və milli hədəflərə hesablanan gimnastika məktəbinin formalaşmasında müstəsna xidmətləri olan şəxs - Fərid Qayıbov bu ilin sentyabr ayında Gənclər və İdman naziri vəzifəsinə təyin edildi. F.Qayıbovu “idman novatoru” kimi səciyyələndirmək də doğru olardı. Çünki o, ölkəmizdə gimnastikanın yeni relsə daxil olmasını və bu sahədə inqilabi nümunələrin yaranmasını təmin etdi. Ömrünün təxminən 20 ilə yaxın bir dövrünü bu sahənin inkişafına həsr edən gənc kadrdan söhbət gedir. Təsadüfi deyil ki, gimnastika Azərbaycanda yeganə idman növüdür ki, bu idman növünün simaları bütün yarışlarda ölkəmizi qüsursuz və axsamadan təmsil etməyi bacarıblar. Beynəlxalq idman mütəxəssislərinin Azərbaycanda gimnastikanın inkişafı ilə bağlı dediyi fikirlər də bütün bunları deməyə əsas verir.
.jpg)
F.Qayıbov islahatlara başlamalı idi və başladı.
Ölkə idmanının şah damarını, arteriyasını kəsən, dövlətin verdiyi imtiyazlardan özlərinə təm-təraqlı həyat şəraiti düzəldən, ölkədə gənclər siyasətinin sütunlarını darmadağın edən və “klassik”, pinti, məkrli iki şəxs - İntiqam Babayev və İsmayıl ismayılov nazir müavini vəzifələrindən uzaqlaşdırıldı. Vəzifəsindən çıxarılan İ.İsmayılovun “ömrümün sonuna qədər Prezidentin quluyam” deməsi də məkrli və bic açıqlama idi. Adam bu günə qədər dövlətdən oğurladıqlarını sığortalamaq üçün bu sözləri deyirdi. Yaxud psevdokadr İ.Babayevi düşünək, 25 il ərzində elə bir dini-siyasi cərəyan qalmadı ki, bu adamın adı hallanmasın, ölkənin gənclər siyasətinin bünövrəsini, ideoloji əsaslarını darmadağın etdi.
.jpg)
Nazirlikdə baş verən təyinatlara qarşı sosial şəbəkələrdə “səlib yürüşü” başlayıb. Vəziyyət o həddə çatıb ki, Gənclər və İdman Nazirliyinə qarşı yerli-yersiz səslənməyən ittiham qalmayıb. Sanki kimsə kənardan bu prosesi idarə edir, məqsədi də nazirliyi, ölkənin gənclər və idman sahəsini, eləcə də yenilikçi komandanı gözdən salmaqdır.
Nə bilək, bəlkə elə bütün bunları işdən qovulan İ.Babayev, İ.ismayılov edir? Bəlkə elə hazırda nazirlikə oturan, amma işdən çıxarılacağını dəqiq bilən hansısa iri çaplı məmur həyata keçirir bütün bu təxribatları?!
Bəs ində baş verir?
Məlumdur ki, əslən Bolqarıstandan olan Marina Vasileya Gənclər və İdman nazirinin müavini vəzifəsinə təyin olundu. Bunun ardınca idman ictimaiyyətinin ehtiram nöqtələrindən birinə çevrilən, ictimaiyyətdə bir o qədər də tanınmayan, əslində isə uzun illərdir Azərbaycan gimnastikasını ilmə-ilmə, zərgər dəqiqliyi ilə toxuyan M.Vasileyayanın şəxsi fotoları, istirahət görüntüləri sosial şəbəkələrdə yayılmağa başladı.
.jpg)