BURADA REKLAMINIZ OLA
BİLƏR

"Eurodesign şirkətinin milyonlarla dövlət vəsaiti ödəyərək aldığı kompüter avadanlıqları haradadır?"

Ölkəmizdə distant təhsilin texniki təminatı probleminin necə həll oluna biləcəyi ilə bağlı bir müzakirədə iştirak edirdim.


Müzakirə zamanı Avropa Oyunlarının təşkili zamanı Eurodesign şirkətinin qurduğu İT infrastrukturdan, həmin vaxt alınan minlərlə noutbuklardan, kompüterlərdən, böyük monitorlardan distant təhsil üçün effektiv istifadə oluna biləcəyini və bunun çox faydalı ola biləcəyini vurğuladım.
Xatırlayıram ki, Eurodesign o zaman təkcə 3500 ədəd noutbuk almışdı.


Qonşu ölkələrdə də təhsil sistemində distant problemi həll etmək üçün hökumətlər bu tip resurslardan effektiv istifadə etmişdilər.


Təklifimə cavab olaraq qəribə və olduqca maraqlı bir situasiya ilə qarşılaşdım.


Bildirdilər ki, Eurodesign şirkəti Avropa Oyunları və sonralar təşkil olunan bəzi tədbirlərdən sonra bütün kompüter və noutbukları, monitorları, yüksək tutumlu serverləri və kommunikasiya avadanlıqlarının hamısını dəyər-dəyməzinə satıblar.


Düzü, inanmağım gəlmədi.

Yeri gəlmişkən, adı çəkilən şirkətin o zaman hədsiz böyük , şişirdilmiş vəsaitlər aldığı bildirilsə də, Avropa Oyunlarının texniki və İT təminatını uğurla başa çatdıra bilmişdi.

O qədər İT avadanlığın yoxa çıxması mənə inandırıcı gəlmədi.


Düşünürəm ki, aidiyyatı qurumların bunu araşdırması və milyonlarla dövlət vəsaitləri hesabına əldə olunan İT resurslardan ölkənin rəqəmsal transformasiya proseslərində effektiv istifadə edilməsi doğru və faydalı olardı.

 

Osman Gündüz

 

Azərbaycan İnternet Forumunun prezidenti, ekspert

 

Tarix: 3 Dekabr 2021, 21:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin