'Sosial islahatların yeni mərhələsi kimi, növbəti sosial islahat paketi hazırlanıb''. Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. O qeyd edib ki, pensiya və müavinətlərin məbləğində artım olacaq və bu qərar 2 milyondan çox insanı əhatə edəcək. Nazir Xızıda helikopter qəzasında şəhid olmuş hərbçilərin ailələrinə və yaralananlara müvafiq sosial ödənişlərin həyata keçiriləcəyini bildirib.
2022-ci ilin əvvəlindən minimum pensiya və müavinətlər artacaq. Bunu jurnalistlərə açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. Nazir artımların nə qədər insanı əhatə edəcəyinə aydınlıq gətirib.