Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar parlament seçkiləri ilə bağlı daxil olan müraciətləri araşdırır.
Daha bir neçə dairənin nəticəsi ləğv edilə bilər – MSK araşdırır
Pravda.az-ın xəbərinə görə, bunu MSK sədri Məzahir Pənahov deyib.
“Seçki Məcəlləsinə tələbinə əsasən, səsvermə günündən sonra 20 gün müddətindən daxil olan müraciətləri araşdırmalıyıq. Araşdırmalardan sonra müvafiq addımlar atmalıyıq. Araşdırmalar aparılır. Hesab edirəm, yaxın vaxtlarda mənzərə aydın olacaq”.