BURADA REKLAMINIZ OLA
BİLƏR

Lənkəranda evdə partlayış olub, 14 yaşlı şagird xəsarət alıb

Lənkəranda evdə qaz sızması nəticəsində partlayış baş verib.

 

Hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb.

 

Belə ki, Lənkəran Şəhər Xarici Dillər Təmayüllü Gimnaziyanın şagirdi 2007-ci il təvəllüdlü Orxan Əskərov hamam otağına daxil olduqdan sonra işığı yandıran zaman partlayış olub. Hadisə nəticəsində O. Əsgərov ağır dərəcəli yanıq xəsarətləri alıb.

 

Yeniyetməyə ilkin tibbi-yardım göstərildikdən sonra təcili-tibbi yardım vasitəsi ilə Bakı şəhərinə gətirilərək 5 saylı Şəhər Kliniki Xəstəxanasının yanıq şöbəsinə yerləşdirilib.

 

APA

Tarix: 4 Dekabr 2021, 21:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin