“Qapımız həmişə açıqdır. Mənə dedilər ki, Mərkəzi Seçki Komissiyasının qarşısında iki nəfər oturub. Təəccübləndim, necə yəni, axı bizim qapımız həmişə açıqdır, bəyəm kimisə buraxmırlar ki? MSK-nın katibi Mikayıl Rəhimovu, şöbə müdiri Elşən Əskərovu və köməkçimi göndərdim. Həmişə müraciət edənləri onlar qarşılayırlar. Amma bizə dedilər ki, gələn deyilik, siz gəlin bizim yanımızda oturun... Əslində, maraqlı gəldi”.
Məzahir Pənahov: “Mənə dedilər, Mərkəzi Seçki Komissiyasının qarşısında iki nəfər oturub”
Pravda.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
“Mənə dedilər ki, binanın qarşısında oturanlar seçilməmiş namizədlərdir. Onlar prosesi iflic etmişdilər. Bu barədə hüquq mühafizə orqanlarına məlumat vermədik. Təbii ki, polis bilirdi, amma dedim, qəti şəkildə toxunmaq olmaz. Bizə məlumatlar çatdırıldı ki, bu, təşkil olunmuş məsələdir. Çalışdıq, söhbət edək, dinləyək, amma vəziyyət o həddə çatdı ki, sonda tədbir görüldü. Onlar binanın qarşısında gediş-gəlişə mane olurdu” – M.Pənahov bildirib.