BURADA REKLAMINIZ OLA
BİLƏR

Ülvi Quliyevin oğlunun Britaniyadakı şirkəti bağlandı - FOTO

Milli Məclisin deputatı Ülvi Quliyevin oğlu Orxan Quluzadə Britaniyadakı iki şirkətindən birini bağlayıb.

Pravda.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Jurnalist bildirib ki, O.Quluzadənin təxminən iki il əvvəl Londonda təsis etdiyi Marketing Sole Project LDT şirkəti bu ilin avqustun 24-də qapadılıb. Orxan Quluzadə sahib olduğu digər şirkəti - Guano LTD üzərindən Londonda 5 bahalı mənzil alıb. "Profilaktik söhbətlərdə" deputatın oğluna İngiltərənin daşınmaz əmlak bazarından geri çəkilmək, mənzilləri satmaq və pulu ölkəyə geri gətirmək məsləhət görülüb".

 

C.Həsənli qeyd edib ki, Orxan Quluzadə bir neçə il əvvəl Londonda "Miss USSR" ("SSRİ gözəli") müsabiqəsinə bir ətək pul töküb: “2017-ci ildə o, "Rubicon Production" studiyasının və Litva əsilli rus prodüser Valentina Gordeevanın prodüserliyi ilə London, Mayfairdakı bahalı və dəbdəbəli Hilton otelində keçirilən konkursun çəkilişlərinə sponsorluq edib. Nəyə görəsə müstəqil Azərbaycanın deputatının oğlu 30 il əvvəl qəbrə qoyulmuş SSRİ-nin Londonda xiffətini çəkib. SSRİ dağılanda onun cəmi 2 yaşı vardı. O zaman İngiltərənin məşhur "İndependent" qəzeti də bu müsabiqə haqqında xəbəri "High heels, tiny bikinis and Soviet nostalgia: Why is Miss USSR happening in London?" başlığı ilə təqdim etmişdi. O vaxt Britaniyanın Latviyadakı keçmiş səfiri, Avropa İslahatları Mərkəzinin hazırda xarici siyasət direktoru olan Yan Bond "The Independent"ə bildirmişdi ki, "bu tədbir ciddi zövqün və tarixi şüurun çatışmazlığını göstərir". Britaniya mətbuatı yazırdı ki, müsabiqə güclü sponsorların hesabına keçirilib, sponsorlar sırasında mənşəcə keçmiş Sovet respublikalarından olan şəxslərə məxsus şirkətlərin, o cümlədən Londondakı "Caviar House"nin adı çəkilib”.

Fotoları təqdim edirik
Tarix: 5 Dekabr 2021, 07:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin