BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda yol polisi ilə sürücü arasında qarşıdurma - VİDEO

Bakının mərkəzində yol polisi əməkdaşları ilə minik avtomobili sürcüsü arasında qarşıdurma yaranıb.

 

“Azure” yaşayış kompleksi yaxınlığında baş verən hadisə videoya çəkilib.

 

Məlum olmayan səbəblərə görə, polis naryadı NİVA markalı avtomobili saxlayıb. Lakin onun sürücüsü maşından düşməyə etiraz edib.

 

Videodan göründüyü kimi, bir necə polis əməkdaşı sürücünü zorla maşından düşürüb xidməti avtomobilə yerləşdirmək istəyir. Sürücü ciddi müqavimət göstərib.

 

Oxu.az

Tarix: 5 Dekabr 2021, 09:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin