Son zamanlar boş geyimlər üstünlük təşkil etsə də məşhur brendlərin kolleksiyaları növbəti il üçün fərqli proqnozlar verir.
2022-ci ildə daha çox qısa, dar və dekolteli paltarlara tələbat artacaq. “Oversize” modellərin yerini mikro geyimlər əvəz edəcək.
Bir neçə həftədən sonra başlayacaq olan ildə 2000-ci illərdə dəbdə olan aşağı belli şalvarlar daha çox görünəcək. Bu şalvarlar göbəyi açıq buraxan köynək və bluzlarla tamamlanacaq. Alt paltarı gizlətməməyə, pencək altından görünən büsqalterlər geyinməyə üstünlük veriləcək.
Mini cins şortlar növbəti ilin yayında da trenddə olacaq.
2022-ci ilin rəng trendləri də artıq müəyyənləşib. "VGSN" şirkətinin proqnozları artıq moda evləri tərəfindən tətbiq olunmağa başlayıb.
Çəhrayı rəng
Önə çıxması gözlənilən canlı çəhrayı rəng xüsusilə çimərlik paltarlarında və gecə geyimlərində istifadə olunacaq.
Zeytun rəngi