BURADA REKLAMINIZ OLA
BİLƏR

Qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyan şəxs 8 il azadlıqdan məhrum edildi

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşları olan qadınları Türkiyə Respublikasında yüksək məvacibli işə düzəldəcəyi adı ilə aldadaraq Konya şəhərinə aparan şəxs tutulub.

 

DİN-in Mətbuat Xidmətindən Pravda.az-a verilən məlumata görə, qadınları Türkiyəyə apararaq orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Sabirabad rayon sakini Kəmalə Cəfərovanın Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Məhkəmənin hökmünə əsasən, K.Cəfərova Cinayət Məcəlləsinin həmin maddələri ilə (İnsan alveri) təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.

Tarix: 6 Dekabr 2021, 15:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin