Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

“Azərbaycan məktəbi”nin sabiq baş redaktorunun barəsində cinayət işi başlandı

1 561
Paylaş:
“Azərbaycan məktəbi”nin sabiq baş redaktorunun barəsində cinayət işi başlandı

Baş Prokurorluq Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının baş redaktoru olmuş Rahil Nəcəfovun AMEA əməkdaşlarının pulunu mənimsəməsi ilə bağlı məsələyə münasibət bildirib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, qeyd edilən faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi istintaq olunur.

Nəcəfov Rahil Nadir oğluna Cinayət Məcəlləsinin həmin maddələri ilə ittiham elan olunub.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Paylaş:

Ən son xəbərlər