ABŞ Dövlət katibi Entoni Blinken virtual Rusiya-ABŞ danışıqları öncəsi Ukrayna Prezidenti Vladimir Zelenskiyə zəng edib.

Pravda.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. 

“ABŞ dövlət katibi Entoni Blinkenlə mövqeləri razılaşdırdıq. Biz birgə və koordinasiyalı şəkildə fəaliyyət göstərməyə davam etmək barədə razılığa gəldik. Mən strateji tərəfdaşa və müttəfiqə - ABŞ-a suverenliyimiz və ərazi bütövlüyümüzə daimi dəstəyə görə minnətdaram”, - deyə Zelenski Tvitter hesabında yazıb.