BURADA REKLAMINIZ OLA
BİLƏR

Dekabrın 27-dən etibarən bütün işçilər məcburi peyvənd ediləcək

Dekabrın 27-dən Nyu-Yorkda bütün iş yerlərində çalışan əməkdaşlar koronavirusa qarşı məcburi peyvənd olunacaq.

 

Bunu şəhər meri Bill de Blazio deyib.

 

Mer qeyd edib ki, əvvəllər bu tədbir yalnız bələdiyyə müəssisələrinin işçilərinə aid idisə, artıq özəl müəssisələrə də şamil etmək qərarına gəldik: “Bu tələblər nə qədər geniş olsa, bir o qədər insan peyvənd olunmağın vaxtının çatdığını düşünəcək. Qərar Omicron ştamının yayılması və qış mövsümün gəlişi ilə əlaqədar verilib”.

 

Bill de Blazio əlavə edib ki, artıq beş yaşdan yuxarı uşaqlar üçün də azı bir peyvənd dozası üçün sənəd tələb olunacaq.

Tarix: 7 Dekabr 2021, 08:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin