BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəmaləddin Heydərovun bacısı qızının şirkəti bağlandı - FOTO

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacısı qızı Leyla Şahbazova bu ilin iyulunda Londonda təxminən 3 il əvvəl təsis etdiyi ROSE PEARL LTD şirkətinin fəaliyyətinə xitam verib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

 

O bildirib ki, Leyla Şahbazova keçmiş Vergilər Nazirliyinin İnsan resursları departamentinin sabiq baş direktoru Faiq Şahbazovun qızıdır.

 

C.Həsənlinin sözlərinə görə, ötən il və daha sürətli templə bu il İngiltərədə Heydərovlara məxsus şirkətlərin bir-birinin ardınca bağlanması çox ehtimal ki, siyasi qərardır: “Ən azından ona görə ki, bu proses fövqəladə hallar nazirinin oğullarına məxsus şirkətlərlə məhdudlaşmayıb”.

Fotoları təqdim edirik
Tarix: 7 Dekabr 2021, 08:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin