Bakının Suraxanı rayonunda 223 saylı məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar gedir.
DİN: 223 saylı məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı iddialar yoxlanılır
Pravda.az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev özünün "facebook" səhifəsində yazıb.
O bidlirib ki, rayon polisinin rəhbər vəzifəli şəxsləri hazırda məktəbdədir: "Tərəflərdən polisə daxil olan qarşılıqlı şikayətlərin təfərrüatları yerində yoxlanılır. Neqativ hala rəvac verən məsələnin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunacaq".