BURADA REKLAMINIZ OLA
BİLƏR

“Tərtər işi”ndə ittiham edilənlərin yaxınları toplaşdı - DİN-dən REAKSİYA

Bu gün Tərtər hadisələri ilə bağlı həbs edilənlərin ailə üzvləri Prezident Administrasiyasının yaxınlığına toplaşıb. Onlar Tərtər işi ilə bağlı istintaqın ədalətli və düzgün aparılmadığını deyərək etiraz ediblər.

Pravda.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, asayişin pozulması hallarına yol verilməyib:

“Polis əməkdaşları asayişin mühafizəsinə cəlb olunub və həmin şəxslərlə profilaktik söhbət aparıblar. Bundan sonra həmin şəxslər ərazini tərk ediblər. Heç bir insident qeydə alınmayıb, asayişin pozulması hallarına yol verilməyib”.

Qafqazinfo

Tarix: 7 Dekabr 2021, 14:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin