Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional ofisi hökumətləri regionda artan COVID-19-a yoluxma və ölüm hallarına qarşı təcili tədbirlər görməyə çağırıb.
Ofisin yaydığı məlumatda bildirilir ki, Avropa Birliyi ölkələrində insanların 66,4%-i virusa qarşı tam peyvənd olunsa da, bir çox dövlətlər daha çox insanı COVID-19-a qarşı vaksinasiyaya təşviq etmək məqsədilə peyvənd olunmamış insanlara qarşı yeni tədbirlər tətbiq edib.
Məsələn, İtaliyada kinoteatrlara və qapalı məkanlarda yerləşən iaşə obyektlərinə daxil olmaq üçün peyvənd və ya xəstəliyə qarşı immunitetin olduğuna dair pasportlar tələb olunur, Almaniyada isə peyvənd olunmamış vətəndaşlara ictimai həyatın bir çox sahələrində qadağalar qoyulur.