Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Baş Qərargah rəisi helikopter qəzasında həlak oldu - VİDEO

1 878
Paylaş:
Baş Qərargah rəisi helikopter qəzasında həlak oldu -       VİDEO

Hindistanın Tamilnad ştatında göyərtəsində dörd yüksək rütbəli hərbçinin olduğu hərbi helikopter qəzaya uğrayıb.

Pravda.az xəbər verir ki, təyyarənin göyərtəsində Hindistan Silahlı Qüvvələrinin Müdafiə Nazirliyinin Baş Qərargahının rəisi Bipin Ravat da olub.

Nəşrin mənbələrinin məlumatına görə, helikopter Hindistan Hərbi Hava Qüvvələrinin Sere bazasından havaya qalxaraq Vellinqton şəhərinə doğru uçurmuş.

Qəzadan sonra Bipin Ravat xəstəxanaya yerləşdirilib. Bununla yanaşı, onun vəziyyəti ilə bağlı detallar açıqlanmayıb.

Qəzadan sonra 3 nəfərin sağ qaldığı bildirilir. Məlumat rəsmi olaraq təsdiq olunmayıb. Bildirilir ki, ümumilikdə helikopterdə 14 nəfər ola bilər.

 
 
 



Paylaş:

Ən son xəbərlər