"BakuBus"a aid avtobusun sükanı arxasından paylaşdığı şəkillərdən sonra gündəmə gələn Saatlı rayonu, Yeni Novruzlu kənd tam orta məktəbinin direktroru Elnur Rzayev vəzifəsindən azad edilibmiş.
Pravda.az-ın məlumatına görə, Təhsil naziri Emin Əmrullayevin əmri ilə bir müddət əvvəl Elnur Rzayev vəzifəsindən azad olunub və yerinə Əlihüseyn Həsənov təyin olunub.
Elnur Rzayev saytımıza açıqlamasında hazırda Bakıda mebel şirkətində çalışdığını deyib.