Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Ermənistanın təxribatı nəticəsində dövlət sərhədində şəhid olan hərbi qulluqçumuz dəfn olunub

1 849
Paylaş:
Ermənistanın təxribatı nəticəsində dövlət sərhədində şəhid olan hərbi qulluqçumuz dəfn olunub

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində şəhid olan hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu dəfn olunub.

Şəhidin nəşi Siyəzən rayonuna gətirilib. O, doğulduğu Zarat kənd qəbiristanlığında torpağa tapşırılıb. Şəhidlə vida mərasimində Siyəzən Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Şəhid A.Əliyev evin tək oğlu olub və onun hərbi xidməti başa vurmağına 20 gün qalmışdı.

Onun atası da Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.

Qeyd edək ki, A.Əliyev dekabrın 8-i gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olub. APA

Paylaş:

Ən son xəbərlər