Ermənistanın hüquq-mühafizə orqanları Azərbaycanın qaytardığı 10 hərbçidən beşini saxlayıb.
Azərbaycanın Ermənistana qaytardığı hərbçilər tutuldu
Bu barədə “Sputnik Armenia” Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyana istinadla məlumat yayıb.
“Hazırda 5 hərbçi hərbi xidmətkeçmə və döyüş növbətçiliyi qaydalarının ağır nəticələrə səbəb olan pozulması ittihamı ilə saxlanılıb. Onların həbs edilməsi üçün məhkəməyə təqdimat verilib”, deyə Tadevosyan əlavə edib.