Onlayn alış-veriş saytlarında 65, 85 və 120 manata oyuncaq tapançalar təklif olunur.
Pravda.az-ın məlumatına görə, belə tapançalardan son vaxtlar istifadə edənlərin sayı artıb. Maraqlıdır ki, istifadəçilər uşaqlar deyil, əksəriyyəti orta yaşlı insanlardır.
Daxili İşlər Nazirliyi bu məsələ ilə bağlı əhaliyə müraciət edib. Müraciətdə qeyd olunub ki, belə oyuncaq silahları ictimai yerlərdə, beldə və ya avtomobilin görünən yerində gəzdirilməsi hallarına tez-tez rast gəlinir. Bu isə tapançanın orijinal olmadığını bilməyən şəxslərin həyəcanlanmalarına və hətta qorxu keçirmələrinə səbəb ola bilər.