Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda qazıntı işlər aparan şəxs çuxura düşdü

1 264
Paylaş:
Bakıda qazıntı işlər aparan şəxs çuxura düşdü

Bakıda qazıntı işlər aparan şəxs çuxura düşüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda 1 nəfərin qazıntı işləri aparılan ərazidə dərinliyi təqribən 5 metr olan çuxura düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal çağırış ünvanına cəlb olunub. Xilasedicilərin çevik müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində vətəndaş çuxurdan çıxarılaraq təcili və təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilməklə xilas olunması təmin edilib.

Paylaş:

Ən son xəbərlər