Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

"Bütün vaksinlər “Omicron” ştamına qarşı işə yarayır" - Hande Harmancı

1 488
Paylaş:
"Bütün vaksinlər “Omicron” ştamına qarşı işə yarayır" -     Hande Harmancı

Azərbaycanda koronavirusun ən sonuncu “Delta” ştamı aşkarlanıb. Bütün dünyada olduğu kimi, Azərbaycanda da insanlar ən çox bu ştamdan əziyyət çəkib”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

Onun sözlərinə görə, “Omicron” ştamı hələ ki, Azərbaycanda aşkarlanmayıb, amma bu, həmin ştamın aşkarlanmayacağı mənasına da gəlmir: “”Delta ştamı bütün dünyada yayılmağa başlayanda məndən bu barədə də soruşuldu, onda təbii ki, Azərbaycanda da aşkarlanacağını deyirdim. Eynilə “Omicron” ştamı da gələcək. Çünki bunların hamısı dünyada yayılır və xəstəliyin olduğu hər yerdə də bu ştamları görəcəyik. Amma narahat olmağa ehtiyac yoxdur. Hazırda bildiyimiz bütün vaksinlər “Omicron” ştamına qarşı işə yarayır. Bildiyimiz kimi, əl gigiyenası, maska, sosial məsafə ilə də bundan qorunmaq olar. Vacib olan budur ki, buna ciddi şəkildə davam etmək lazımdır”.

Paylaş:

Ən son xəbərlər