Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-dən verilən məlumata görə, bu çərçivədə, Xidmət tərəfindən Masallı rayonunda yerləşən “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkətinə məxsus Asfalt-beton istehsalı zavodunda planlı yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, aşkar edilmiş nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki,
- obyektin ərazisində mövcud yanacaq çəni və yanacaqdoldurma kolonkası ilə yanğına qarşı ara məsafələrinə riayət olunmadan avtomobillərin təmiri işləri təşkil olunub;
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, yanğın təhlükəli vəziyyətdə istismarına yol verilib;.
- tələb olunan sahələrdə yanğın avtomatikası qurğuları quraşdırılmayıb, normaya uyğun olaraq ilkin yanğınsöndürmə alət və avadanlıqları ilə təmin edilməyib;
- ərazidə mövcud tikililərin çardaq hissəsində olan taxta konstruksiyalar odadavamlı məhlulla hopdurulmayıb;
- təsərrüfat otağında odun sobası quraşdırılaraq, yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd şəkildə istismarına yol verilib;